26/06/2026

Ukrayna BVF-dən daha 900 milyon dollar ala bilər

Ukrayna tezliklə BVF-dən 15,6 milyard dollarlıq kredit çərçivəsində 900 milyon dollar tranş ala bilər.Bu barədə Bloomberg yazır.

Vəsaitlərin köçürülməsi Rusiyanın Ukraynada əməliyyatına başlamasının ikinci ildönümünə təsadüf etməsi planlaşdırılır. BVF Ukraynanın ABŞ və Avropa İttifaqından sonra üçüncü ən mühüm sponsorudur və 2024-cü ildə ABŞ Konqresi vəd etdiyi 60 milyard dollarlıq tranşı təsdiqləməsə, ikinci yeri tuta bilər.

Ümumilikdə, Ukrayna 2024-cü ildə BVF-dən 5,4 milyard dollar alacaq.

Mənbə: Bloomberg

Oxşar xəbərlər