21/06/2026

PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir

MADRID, SPAIN - APRIL 21: Lamine Yamal of FC Barcelona looks on during the LaLiga EA Sports match between Real Madrid CF and FC Barcelona at Estadio Santiago Bernabeu on April 21, 2024 in Madrid, Spain. (Photo by Mateo Villalba/Getty Images)

Fransanın PSJ klubu bu yay “Barselona”nın 16 yaşlı vingeri Lamin Yamalı almaq niyyətini dəyişməyib və onun üçün 200 milyon avro ödəməyə hazırdır.

Məlumata görə, Yamal Fransa nəhənginin qarşıdan gələn transfer pəncərəsi üçün əsas prioritet hədəfləri siyahısındadır.

PSJ Yamalı mövsümün sonunda klubu tərk edəcək hücumçu Kilian Mbappenin əvəzedicisi kimi görür.

Xatırladaq ki, Yamal “Barselona”nın məzunudur. Bu mövsüm o, bütün yarışlarda 44 matçda iştirak edib, bu matçlarda altı qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Mənbə: championat.com

Oxşar xəbərlər