08/07/2026

ABŞ çinli tələbələr üçün vizaları ləğv etməyi planlaşdırır

ABŞ Çinli tələbələr üçün vizaları ləğv etməyə başlayacaq.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə məlumat verib.

“ABŞ çinli tələbələr, o cümlədən Çin Kommunist Partiyasına bağlı olanlar və ya əsas sahələrdə təhsil alanlar üçün vizaları ləğv etməyə başlayacaq” deyə o yazıb.

Rubio əlavə edib ki, ABŞ Honq-Konq da daxil olmaqla Çindən olan ərizəçilər üçün viza tələblərini dəyişəcək. Yeniliklər vizaların verilməsi zamanı daha hərtərəfli yoxlamaların aparılmasına kömək edəcək.

Oxşar xəbərlər