28/06/2026

Orban Avropa Komissiyasının sədrini istefaya çağırıb

Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyeni ona qarşı korrupsiya ittihamları irəli sürdükdən sonra istefa verməyə çağırıb.

O, X sosial şəbəkəsində müvafiq mesaj dərc edib.

Siyasətçi yazıya fon der Leyenin portretini əlavə edərək, “Getməyin vaxtı gəldi” yazdı.

Xatırladaq ki, AK rəhbərinə etimad səsverməsi iyulun 10-da Strasburqda keçiriləcək.

Oxşar xəbərlər