28/06/2026

Kelloq Ukrayna üçün Marşal Planı haqqında danışıb

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Kiyevin müttəfiqləri yeni Marşal Planı hazırlamaqla ölkənin yenidən qurulmasına kömək etməlidir.

Onun Ukraynanın bərpası ilə bağlı Romada keçirilən konfransdakı sözlərini “Ukrinform” sitat gətirir.

O, İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpasını və ABŞ-ın Marşal planını həyata keçirməsini xatırladıb.

Kelloq, “Ukrayna üçün də eyni şeyi etməliyik” dedi və bunun çox çətin olacağını xəbərdar etdi.

Oxşar xəbərlər