14/06/2026

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

İctimai.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Oxşar xəbərlər