27/10/2026

ADPU-nin Şamaxı filialında “Birlikdə Addımlayaq” layihəsi çərçivəsində təlim keçiriləcək

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Birlikdə Addımlayaq” fərdi qrant layihəsi çərçivəsində ADPU-nin Şamaxı filialında gənclər üçün maarifləndirici təlim təşkil olunacaq.

Təlimin əsas məqsədi gənclər arasında sosial inklüzivlik və bərabər imkanlar haqqında məlumatlılığı artırmaq, gender bərabərliyini təşviq etmək, eləcə də erkən nikah və məişət zorakılığına qarşı maarifləndirməni gücləndirməkdir.

Təlim zamanı iştirakçılar sosial inklüzivlik, insan hüquqları, bərabər imkanlar və cəmiyyətə inteqrasiya mövzularında yeni bilik və bacarıqlar əldə edəcəklər.

Layihə rəhbəri: Həmdamin Balakişiyev Əzizalı

Tarix: 3 noyabr 2026

Saat: 11.00

Məkan: ADPU-nin Şamaxı filialı

Təlimin sonunda iştirakçılara sertifikatlar və kiçik hədiyyələr təqdim olunacaq.

Birlikdə öyrənək, bərabər imkanları təşviq edək və inklüziv cəmiyyət naminə birlikdə addımlayaq!

#BirlikdəAddımlayaq #GənclərFondu #ADPU #Şamaxı #Sosialİnklüzivlik #Bərabərİmkanlar #Gənclər #Maarifləndirmə

Oxşar xəbərlər