Bəzən qalib gəlmək üçün sürətli olmaq kifayət etmir. Bəzən tarazlığını qorumalı, bəzən risk etməli, bəzən isə son ana qədər təslim olmamalısan.
Məhz bu ruh Red Bull Yağlı Dirək yarışında Pirallahının Nərəkənd Parkını bürüdü. Təxminən 150 iştirakçı 10 metrlik yağlı dirəyin üzərində irəliləyərək ucundakı bayrağı əldə etmək üçün mübarizə apardı.
Qayda sadə idi: dirəyə qaçaraq keç, sonadək irəlilə və bayrağı götür. Amma dirəyin tamamilə yağlı olması bu tapşırığı əsl balans, dözümlülük və iradə sınağına çevirirdi. Hər iştirakçıya yalnız bir cəhd verilirdi və suya düşən kimi yarış onun üçün başa çatırdı. Məhz buna görə hər metr, hər addım və hər saniyə böyük əhəmiyyət daşıyırdı.
Gün ərzində Nərəkənd Parkı alqışlar, uğurlu cəhdlər, gözlənilməz dönüşlər və bol adrenalinlə yadda qaldı. İştirakçılar sonadək mübarizə aparır, tamaşaçılar isə hər cəhdi böyük həyəcanla izləyirdi.
Günün ən uğurlu iştirakçıları isə bunlar oldu:
1-ci yerin sahibi Murad Əyyubzadə – PlayStation 5
2-ci yerin sahibi Mərdan Hüseyn – Ray-Ban Meta Wayfarer ağıllı eynək
3-cü yerin sahibi Murad Cəlilov – G-Shock saat
Red Bull Yağlı Dirək bir daha sübut etdi ki, ən maraqlı yarışlar bəzən ən sadə ideyalardan yaranır. Bir dirək, bir bayraq və yüzlərlə insanın özünü sınamaq istəyi Pirallahıda unudulmaz bir günə çevrildi.
Növbəti çağırışa hazırsan?






