09/07/2026

“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.

İctimai.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna çıxacaq. 

Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti”  (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”  – “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Oxşar xəbərlər