13/07/2026

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib-VİDEOLAR-FOTOLAR

 “Amburan Mall” ticarət mərkəzində yerləşən CineMastercard premium kinoteatrında Minionlar və bədheybətlər” ailəvi animasiya filminın qapalı nümayişi baş tutub.

Tədbirin ən sevilən qəhrəmanı Minionun böyük kuklası olub. Uşaqlar onunla şəkil çəkdirib, rəqs edib və əyləniblər. Animatorlar balaca qonaqlar üçün maraqlı oyunlar, müsabiqələr və əyləncə proqramı hazırlayaraq kinoya gəlişi əsl ailəvi bayrama çeviriblər.

Parlaq dekorasiyalar, şirniyyatlar, furşet və dondurmalar tədbirə xüsusi ab-hava qataraq uşaqlara unudulmaz anlar və xoş təəssüratlar bəxş edib.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri övladları ilə birlikdə iştirak ediblər.

Əyləncə proqramından sonra qonaqlar Minionlar və bədheybətlər” animasiya filmini böyük ekranda izləyiblər.

Tədbirin təşkilinə “Bolşoy Prazdnik” dekor şirkəti, foto və video çəkiliş üzrə Light in Black kreativ şirkəti, Sonsuz DalanCoffee HubMochiki & Bubble və Coca-Cola dəstək göstəriblər.

Minionlar və bədheybətlər — Illumination studiyasının yeni animasiya komediyasıdır. Filmin hadisələri 1920-ci illərin Hollivudunda cərəyan edir. Minionlar qorxu filmi çəkməyi arzulayırlar, lakin əsl bədheybətləri axtararkən gözlənilməz macəralar və təhlükəli xaosla üzləşirlər. Onlar bu qarışıqlığın öhdəsindən birlikdə gəlməli olurlar.

Filmin rejissoru Pyer Koffandır. O, “Minionlar” və “Yaramaz Mən” (Despicable Me) franşizalarının yaradıcılarından biri olmaqla yanaşı, cizgi filmlərinin orijinal versiyasında minyonları səsləndirən daimi aktyordur.

Minionlar və bədheybətlər filmi artıq CineMastercard kinoteatrlar şəbəkəsində nümayiş olunur. Tamaşaçıları sevimli qəhrəmanların maraqlı macəraları, yüksək əhval-ruhiyyə və bütün ailə üçün unudulmaz kino təcrübəsi gözləyir. Film türk, rus və ingilis dillərində təqdim olunur, həmçinin 4DX formatında da izləmək mümkündür.

Oxşar xəbərlər