23 noyabr tarixində Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers filialında Türkiyənin məşhur aktyoru, ssenaristi və müğənnisi Özcan Denizin iştirakı ilə “Son Yemek” filminin möhtəşəm qala gecəsi keçirilib.
Tədbirin fəxri qonağı olan Özcan Deniz şəxsən Bakıya gələrək yeni ekran işini Azərbaycan tamaşaçılarına təqdim edib.
Park Cinema kinoteatrlar şəbəkəsinin PR meneceri Anar Eyvazovun sözlərinə görə, bu cür möhtəşəm qala gecələrinin keçirilməsində əsas məqsəd tamaşaçılara sadəcə film nümayişi deyil, həm də unudulmaz kino təcrübəsi yaşatmaq, sevimli sənətçiləri ilə canlı görüşmək imkanı yaratmaqdır.
Özcan Denizin iştirakı ilə keçirilən qala gecəsi kino həvəskarları üçün əlamətdar hadisəyə çevrilib.
“Son Yemek” filmi hazırda doğma kinoteatrınız Park Cinemada nümayiş olunur.
Biletləri kinoteatrların kassalarından və parkcinema.az saytından əldə edə bilərsiniz.





