13/07/2026

Food Mood – Azərbaycanın yollarında rahatlığın və keyfiyyətin ünvanı

Müasir səyahətin ayrılmaz hissəsinə çevrilən Food Mood bu gün Azərbaycanın ən geniş yolüstü xidmət şəbəkələrindən biridir.

İctimai.az xəbər verir ki, ölkənin əsas magistral yolları boyunca fəaliyyət göstərən 29 filialı ilə hər gün minlərlə sürücü və sərnişinə rahat, təhlükəsiz və keyfiyyətli xidmət təqdim edir.

Food Mood sadəcə istirahət məntəqəsi deyil. Burada qonaqlar ləziz menyu, təmiz və rahat mühit, peşəkar xidmət, geniş avtomobil dayanacağı, sanitar qovşaqlar, market və digər zəruri xidmətlərdən yararlana bilirlər. Şəbəkənin əsas məqsədi uzun yol qət edən insanların səfərini daha rahat, təhlükəsiz və xoş etməkdir.

Şirkət fəaliyyətini müasir xidmət standartları üzərində quraraq hər filialda eyni keyfiyyəti qorumağa çalışır. Ailələr, turistlər, peşəkar sürücülər və gündəlik səfər edən insanlar üçün yaradılmış komfortlu şərait “Food Mood”u ölkənin ən çox seçilən yolüstü məkanlarından birinə çevirib.

Bu gün 29 filialdan ibarət geniş şəbəkəsi ilə “Food Mood” Yolüstü Azərbaycanın yollarında etibarlı dayanacaq, keyfiyyətli xidmət və qonaqpərvərliyin simvolu kimi inkişafını davam etdirir. Qarşıdakı illərdə yeni filialların açılması və xidmət çeşidinin daha da genişləndirilməsi şirkətin əsas inkişaf istiqamətlərindən biridir.

Oxşar xəbərlər