14/07/2026

Qarabağ Universitetində yeni təyinat

Qarabağ Universitetində yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, Cəmilə Rəsul qızı İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Belə ki, bu barədə Universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

C.İsmayılzadə bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, UFAZ layihəsində, Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. O bu təyinata qədər Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.

Qarabağ Universitetində YENİ TƏYİNAT - FOTO

Oxşar xəbərlər