“Qarabağ” futbol klubunun “ÇSKA Sofiya” ilə matçda zədə almış futbolçusu Zakaria Savonun durumu açıqlanıb.
Bu barədə “Qarabağ”ın mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb.
Bildirilib ki, onun 8 həftəyə meydançaya qayıtması gözlənilir.

