03/08/2026

Rəsmi Bakı Pakistana başsağlığı verib

Azərbaycan Pakistanın Bəlucistan əyalətində baş vermiş və çoxsaylı insan itkisi ilə nəticələnən kömür mədənindəki qəza ilə əlaqədar başsağlığı verib.

İctimai.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

“Pakistanın Bəlucistan əyalətində çoxsaylı insanın həyatına son qoyan və xəsarət alanların olduğu ölümcül kömür mədəni qəzası xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Yaralananların tezliklə sağalmasını arzulayır, qəzanın təsirinə məruz qalan hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, – paylaşımda qeyd olunub.

Oxşar xəbərlər