07/08/2026

Cavadxan Fan Klubunun ilk iclası keçirilib – FOTOLAR

İclasın məqsədi fan klubunun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, üzvlər arasında əməkdaşlığın gücləndirilməsi və qarşıdakı dövr üçün görüləcək işlərin müzakirəsi olub.

İclasdan əvvəl fan klubunun üzvləri Gəncə şəhərində yerləşən Cavad xanın abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Azərbaycanın dövlətçiliyi və istiqlalı uğrunda göstərdiyi qəhrəmanlıqla tarixdə silinməz iz qoymuş Cavad xanın xatirəsini ehtiramla yad ediblər.

Daha sonra keçirilən iclasda çıxış edənlər Cavadxan Fan Klubunun yaradılmasının əhəmiyyətindən danışaraq, klubun milli-mənəvi dəyərlərin təbliği, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və ictimai fəallığın artırılması baxımından mühüm rol oynayacağını bildiriblər.

İclas zamanı fan-klubun təşkilati məsələləri, fəaliyyət planı, üzvlük məsələləri, qarşıdakı dövrdə həyata keçiriləcək layihələr və tədbirlər müzakirə olunub, iştirakçıların təklifləri dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Sonda fan klubunun gələcək fəaliyyətinin səmərəli təşkili, üzvlərin fəallığının artırılması və müxtəlif sosial, mədəni və idman yönümlü tədbirlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər