Samux rayonunda Kür çayında batan 17 yaşlı qızın meyiti tapılıb.
İctimai.az “APA”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Gəncə şəhər sakini 2009-cu il təvəllüdlü Gülnaz Məmmədovanın cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
G.Məmmədova idmançı olub. O, kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

