11/08/2026

30 yaşlı kişi dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyiti tapılıb.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Seymur Sadiq oğlu Allahverdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər