Sentyabrın 13-də Dəniz Mall ticarət mərkəzi qarşısındakı meydanda növbəti “Red Bull Gym Clash” yarışı keçiriləcək.
Ölkənin ən hazırlıqlı fitnes həvəskarlarını bir araya gətirəcək turnirdə komandalar güc, sürət və dözümlülük üzrə mübarizə aparacaqlar.
Qaydalar əsasən, hər komanda 4 iştirakçıdan (2 qadın, 2 kişi) ibarət olmalıdır. Yarışda fərdi güclə yanaşı, komanda ruhu və yükün doğru bölüşdürülməsi həlledici rol oynayacaq.
Xatırladaq ki, 2025-ci ildə turnirin qalibi olan “Vikings Hammer” komandası Afinada keçirilən Dünya Finalında Azərbaycanı təmsil etmişdi. Bu ilki qalib komanda da ölkəmizi beynəlxalq arenada təmsil etmək şansı qazanacaq. Tədbirə “PASHA Malls” və “CBC Sport” dəstək verir.
“Red Bull Gym Clash Azerbaijan 2026″da iştirak etmək istəyən komandalar üçün qeydiyyat artıq başlayıb.
Tarix: 13 sentyabr 2026-cı il
Məkan: Dəniz Mall-un qarşısı
Qeydiyyat: https://www.redbull.com/az-az/events/red-bull-gym-clash-2026-07-03/

