12/08/2026

AzTV-nin əməkdaşı dənizdə boğuldu

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb.

Dənizdə batan 35 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) İnformasiya Proqramları studiyasının prodüseri olub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər