13/08/2026

ABŞ qoşunlarının İraqdan çıxarılacağı tarix açıqlandı

ABŞ Silahlı Qüvvələri təhlükəsizliyin təmin edilməsi ilə bağlı səlahiyyətləri yerli hökumətə təhvil verərək İraqdan tamamilə çıxacaq. Bu prosesin 30 sentyabr 2026-cı il tarixinədək yekunlaşdırılması planlaşdırılır.

Bu barədə “Associated Press” (AP) agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.

“Ötən il ərzində ABŞ hərbçiləri İraqın əksər bölgələrindəki hərbi bazaları tərk etsələr də, şimaldakı muxtar kürd bölgəsində öz mövqelərini qoruyub saxlayıblar. ABŞ və İsrailin İranda əməliyyatlara başlamasından bəri həmin yerli bazalar mütəmadi olaraq hücumlara məruz qalır”, – deyə məqalədə bildirilir.

Həmçinin vurğulanır ki, İraqın Baş naziri Əli əl-Zaidi ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə görüş keçirib. Bunun ardınca İraq lideri İŞİD terror təşkilatına qarşı mübarizə aparan Qlobal Koalisiyanın hərbi missiyasının tam olaraq başa çatması və qüvvələrin ölkədən çıxarılması üçün yekun tarix kimi 30 sentyabrı təsdiqləyib.

Oxşar xəbərlər