ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin ölkədə keçiriləcək seçkilərdən dərhal sonra başa çatacağını bəyan edib.
Tramp, Ağ Evin yutub kanalında yayımlanan çıxışında bildirib ki, Tehran bu müddətədək müqavimət göstərə bilməyəcək.
Trampın sözlərinə görə, İran seçki prosesinə təsir etməyə çalışır:
“İran rəhbərliyi amerikalıların başında onları rahat buraxacaq zəif bir komandanın qalmasını istəyir. Bu isə onlara nüvə silahı əldə etmək imkanı yarada bilər”.

