Yevlax-Bərdə yolunda yuxulu sürücünün törətdiyi yol qəzasının görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə yayılan videodan “Lada” markalı avtomobilin sürücüsünün sükan arxasında səhhətinin pisləşdiyi məlum olur. Bu səbəbdən o, bir neçə dəfə əks yola çıxıb və qəza şəraiti yaradıb, öz yolu ilə gedən digər avtomobilə çırpılıb.
Bir çox şəxslər videonu çəkən vətəndaşı qınayaraq onun həmin sürücüyə xəbərdarlıq edə biləcəyini, qəzanın qarşısını ala biləcəyini deyiblər.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin hadisəni törədən sürücünün şəkərli diabetdən əziyyət çəkdiyi və sükan arxasında səhhətinin pisləşməsi səbəbindən qəzanın baş verməsi məlum olub.

