17/08/2026

İlham Əliyev üç nəfərə “general-leytenant”, bir nəfərə “general-mayor” rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

İctimai.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Mürsəl oğlu Ələkbərova

general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova

general-mayor Faiq Həmzəağa oğlu Məmmədova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Elfan Şakir oğlu Quliyevə.

Oxşar xəbərlər