17/08/2026

Azərbaycanda dəhşətli qəza: 5 nəfər ölüb

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

İctimai.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində beş nəfər ölüb, xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər