“Ölkə ərazisində müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən gün bəzi sahələrdə sürət həddi aşağı endirilib”.
Bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev verib.
“Bu səbəbdən bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb, sərnişinlərə məlumat verilib. ADY-nin müvafiq struktur bölmələri əməkdaşları yarana biləcək çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün hazırda da gücləndirilmiş iş rejimində çalışırlar. Sərnişinlərimizə göstərdikləri anlayışa görə təşəkkür edirik”, – deyə B.Hacıyev bildirib.

