17/08/2026

Azərbaycanlı futbolçu qırmızı aldı, xəstəxanalıq oldu, 5 ay futboldan uzaq qalacaq

“Sumqayıt” Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.

İctimai.az Sumqayit24.az-a istinadən xəbər verir ki, bununla bağlı komandanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçu təxminən 5 ay sonra meydana dönə biləcək.

“Sumqayıt” futbol klubunun kapitanı Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmız vərəqə aldıqdan sonra təpiklə şüşə qapını sındıraraq ayağından xəsarət alıb.

Oxşar xəbərlər