18/08/2026

AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) iki nəfər vəzifəsindən azad edilib.

İctimai.az Sport1.az-a istinadla xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib.

Bundan başqa, federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb.

Həmçinin, AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov da vəzifəsindən azad edilib. Millimizin sabiq üzvü 2020-ci ildən sözügedən departamentin rəhbəri idi.

Onların hansı səbəbdən vəzifəsindən azad olunduğu barədə məlumat yoxdur.

Oxşar xəbərlər