“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda “Tvente”yə qarşı ilk oyununu buraxa bilər.
İctimai.az Sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının birinci turunda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.
Bununla yanaşı həmin görüşdə Renaldo Çepas da oyunun sonlarında zədələnmiş və meydanı tərk etməyə məcbur qalmışdı. Buna görə də Ağdam təmsilçisi oyunun son dəqiqələrini azlıqda keçirib.
Onların bugünkü matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir.
“Tvente” – “Qarabağ” matçı avqustun 20-də Ensxededəki “De Qrols Veste” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Qeyd edək ki, Elvin Cəfərquliyevin və Savonun “Tvente”yə qarşı oynamayacağı dəqiqdir.

