18/08/2026

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan AÇIQLAMA

“Azərsun Holdinq”ə məxsus “Bizim Tarla” markasının xaricə ixrac olunan çiyələk mürəbbəsindən qurd çıxıb.

“Bakupost” xəbər verir ki, bu halla Dubayda yaşayan aparıcı həmyerlimiz Yeganə Həsənova qarşılaşıb.

O, sosial şəbəkə hesabında paylaşım edərək məhsuldan qurd çıxmasına etiraz edib:

“3 ildir Dubayda yaşayıram, indiyədək aldığım heç bir məhsulun içindən qurd-quş çıxmayıb. Dünən marketdə “Bizim tarla”nın çiyələk mürəbbəsini gördüm, qəribsədim, dedim özümüzkülərə xeyir verim, Vətənin dadını alım. Amma, unutdum bizimkilərin məsuliyyətsizliyini, işlərinə başdansovdu yanaşmasını…”

Y.Həsənova bildirib ki, məsələ ilə bağlı “Dubay Municipality”yə müraciət edəcəyi təqdirdə məhsul satışdan çıxarılacaq və ciddi cəza tətbiq olunacaq:

“Bura Azərbaycan deyil e, qurdlu, təhlükəli, əlinizə nə keçdi millətə satırsınız! Bir az vicdanla çalışın da! Ayıb olsun!”

Azərsun Holdinq”dən “Bakupost”un sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı qurumun Keyfiyyətə nəzarət direktorluğu tərəfindən araşdırma başladılıb.

Oxşar xəbərlər