21/08/2026

Qan Donorları Assosiasiyasının üzvləri Gürcüstanda işgüzar səfərdə olublar

Qan Donorları Assosiasiyasının üzvləri Gürcüstanda işgüzar səfərdədir. Qan Donorları Assosiasiyasının (QDA) sədri Fuad Əsgərov və ictimai birliyin gənclərlə iş üzrə koordinatoru Böyükxanım Mirzəzadə səfər çərçivəsində Tbilisidə yerləşən Natalia Kvantaliani adına Mərkəzi Qan Bankında olublar.

İctimai.az “Nəzər.Media”ya istinadən xəbər verir ki, QDA nümayəndələrini Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının Samtredia filialının direktoru Laşa Kvantaliani qəbul edib. Görüşdə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin direktoru Aytəkin Allahverdiyeva da iştirak edib.

Görüş zamanı QDA-nın sədri Fuad Əsgərov iki ölkə arasında könüllü qan donorluğu sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslərin perspektivlərindən bəhs edib.

Həmçinin tərəflər görüş zamanı Azərbaycan və Gürcüstan gəncləri arasında könüllü qan donorluğunun təşviqi, maarifləndirmə istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər