Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb.
İctimai.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında məlumat qeyd edilib.
Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir.
Digər qruplarda 600-dən çox balla müsabiqədən kənarda qalan abituriyentlər yoxdur.

