Ucar rayonunda TIR yanıb.
İctimai.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkət edən və kabellə yüklənmiş yük avtomobili qəfildən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub, yanğın qısa müddətdə söndürülüb.

