Tərtər sakinini güllələməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İrəvanlı kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahdan güllələnməsi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar aparılır.

