Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.

