14/09/2026

Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı

Bakı metrosunda qatarların hərəkətində yaranan problemin səbəbi açıqlanıb.

İctimai.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda problemin yaranmasına səbəb kimi “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlığın yaranması göstərilib.

“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində “qırmızı xətt” üzrə interval bərpa olunub.

Həmin müddət ərzində “yaşıl” və “bənövşəyi xət”lərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, – deyə məlumatda bildirilib.

Oxşar xəbərlər