30/09/2026

“İqtisadi Bacarıqlar və Karyera Günü” Festivalı Keçiriləcək

Gənc Mühasiblər İctimai Birliyi “Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 14 oktyabr 2026-cı il tarixində “İqtisadi Bacarıqlar və Karyera Günü” Festivalını təşkil edir.

Festivalın əsas məqsədi maliyyə və mühasibatlıq sahəsində təhsil alan və fəaliyyət göstərən gənclərin peşəkar inkişafını, əmək bazarına inteqrasiyasını və işəgötürənlərlə əlaqələrinin gücləndirilməsini dəstəkləməkdir. Tədbir dövlət qurumları, özəl sektor nümayəndələri, konsaltinq şirkətləri, təhsil müəssisələri, peşəkar maliyyə təşkilatları, tələbələr və gənc mütəxəssisləri bir araya gətirərək iqtisadiyyat və mühasibatlıq sektorunda mövcud imkanlar və əmək bazarının tələbləri üzrə geniş dialoq platforması yaradır.

Tədbir çərçivəsində maliyyə-mühasibatlıq sektorunun mövcud durumu, sertifikatlaşdırma, rəqəmsal texnologiyalar və süni intellektin sektora təsirləri daxil olmaqla iki paneldə müzakirələr aparılacaq, eyni zamanda şirkət stendləri, CV konsultasiyaları, işə qəbul simulyasiyaları və networking imkanları təqdim olunacaqdır.

Oxşar xəbərlər