Gənc Mühasiblər İctimai Birliyi (GMİB) tərəfindən təşkil olunan “Vergi Məcəlləsinə edilən son dəyişikliklərin mühasibat işinə praktiki təsirləri” mövzusunda tədbir uğurla həyata keçirilmişdir.
Tədbir vergi qanunvericiliyindəki son yeniliklərin mənimsənilməsi və onların mühasibat uçotundakı praktiki tətbiqinin müzakirəsi məqsədilə təşkil olunmuşdur.
Tədbirin açılışını Gənc Mühasiblər İctimai Birliyinin icraçı direktoru Qərənfil Rəhmanova edərək tədbirin əhəmiyyətini diqqətə çatdırmışdır. Rəsmi tərəfdaşlar qismində “FChain Corporation” şirkətinin direktor müavini Valid Hüseynov və “Kapital Bank”ın əməkdaşı Vüsal Axundzadə çıxış edərək mövzu ilə bağlı münasibətlərini bildirmiş və tədbirin mühasibat sahəsindəki mühüm rolunu vurğulamışlar.
Tədbir ərzində spikerlər Mehdi Babayev və Anar Cabbarov vergi qanunvericiliyində edilən son dəyişikliklərlə bağlı öz dəyərli bilik və təcrübələrini iştirakçılarla bölüşmüş, praktiki nümunələr əsasında ətraflı izahlar təqdim etmişlər.
Tədbir çərçivəsində iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlamış, aktual məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.







