Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) təşkilatçılığı ilə konsaltinq şirkətlərinin rəhbərləri, sahibkarlar və mühasiblər üçün korporativ səhər yeməyi tədbiri təşkil olunmuşdur.
Görüşün keçirilməsində əsas məqsəd biznes şəbəkələşməsini (networking) təşviq etmək, iştirakçılar arasında təcrübə mübadiləsini təmin etmək və gələcək əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Tədbirdə sahibkarlar, şirkət rəhbərləri və sahə üzrə mütəxəssislər iştirak edərək maliyyə-mühasibatlıq və konsaltinq sektorundakı yenilikləri, cari biznes imkanlarını və birgə layihələrin perspektivlərini müzakirə etmişlər.







