20/10/2026

ASAN Könüllüləri və GMİB-in Tərəfdaşlığı İlə “Biznes və Maliyyə Analizləri” Mövzusunda Təlim Keçirildi

ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) tərəfdaşlığı ilə “ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı” çərçivəsində “Bank işi və mühasibatlıq” modulu üzrə növbəti təlim baş tutmuşdur.

“Biznes və maliyyə analizləri” mövzusuna həsr olunmuş təlim modulunda gənclərə maliyyə və biznes analitikasının əsas prinsipləri aşılanmışdır. Təlim çərçivəsində aşağıdakı istiqamətlər geniş işıqlandırılmış və iştirakçıların sualları cavablandırılmışdır:

Biznes, Maliyyə, Mühasibatlıq və İqtisadiyyatın əsasları;

Maliyyə prinsipləri;

Analizlərin qərarvermə prosesinə təsiri;

Biznes və maliyyə analizi arasında əsas fərqlər.

Təlim Sumqayıt Texnologiyalar Parkının (STP) Baş Biznes Analitiki və GMİB təlimçi bazasının üzvü Elnur Əliyev tərəfindən tədris olunmuşdur.

Oxşar xəbərlər