“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) tərəfdaşlığı ilə “ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı” çərçivəsində “Bank işi və mühasibatlıq” modulu üzrə növbəti təlim baş tutmuşdur.
“Excel-də Modelləşdirmə və Süni İntellekt: Sərhədlərinizi genişləndirin” mövzusuna həsr olunmuş təlim modulunda gənclərə müasir texnologiyaların maliyyə və idarəetmə sahəsində tətbiqi imkanları aşılanmışdır. Təlim çərçivəsində aşağıdakı istiqamətlər ətrafında geniş təqdimatlar olunmuş və iştirakçıların sualları cavablandırılmışdır:
Gündəlik iş prosesində Excel-dən istifadə etməklə fəaliyyətin avtomatlaşdırılması;
Məlumat təhlili və sürətli analitik hesabatların hazırlanması;
Excel-də süni intellekt alətlərindən effektiv istifadə qaydaları.
Təlim “WeFinix” şirkətinin təsisçisi və direktoru, Maliyyə Analitik, Excel və Excel VBA üzrə ekspert, həmçinin GMİB təlimçi bazasının üzvü Şəhla Abdulla tərəfindən tədris olunmuşdur.




