ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) tərəfdaşlığı ilə “ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı” çərçivəsində “Bank işi və mühasibatlıq” modulu üzrə növbəti təlim baş tutmuşdur.
“Maliyyə və vergi uçotunun fərqi” mövzusuna həsr olunmuş təlim modulunda iştirakçılara mühasibatlıq və maliyyə sahəsində mühüm nəzəri və praktiki biliklər verilmişdir. Təlim çərçivəsində gəlirlərin və xərclərin düzgün tənzimlənməsi, vergi növləri, əsas qanunvericilik prinsipləri, eləcə də maliyyə uçotu ilə vergi uçotu arasındakı əsas fərqlər kimi vacib məsələlər ətraflı şəkildə işıqlandırılmış və gənclərin sualları cavablandırılmışdır.
Təlim Gəncə Regional Turizm İdarəsinin Baş mühasibi, Dövlət İmtahan Mərkəzinin Məsələlərin tərtibi (PMS imtahanı) və İmtahanların yoxlanılması üzrə eksperti, həmçinin GMİB-də təlimçi-ekspert İsa Şəfiyev tərəfindən tədris olunmuşdur.



