Azərbaycanda daha bir vəkil həbs edilib.
İctimai.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.
9 saylı vəkil bürosunda fəaliyyət göstərən E.Əmirov vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq – təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

