11/10/2026

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

08 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin yeni ictimai-siyasi və geosiyasi reallıqlar fonunda qarşıda duran mühüm vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.
Tədbirdə “Allahyarlı kənd” Ərazi partiya təşkilatının sədri Ərşad Hüseynov, Yeni Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Rza Qəhrəmanov, partiya fəalı Emin Şəfizadə, Milabad qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Salatın Dursun və partiya fəalı Aytəkin Əliyava çıxış edərək bildirdilər ki, Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və siyasi irsinin dayandığı bir daha aydın şəkildə göstərildi. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib.

Oxşar xəbərlər