09 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Əmirzeyidli kənd”, “Mil qəsəbə”, “Birinci Şahsevən kənd” və “İkinci Şahsevən kənd” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın VIII Qurultayındakı proqram xarakterli çıxışında bildirmişdir ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə bağlıdır. Dövlət başçısı qeyd etmişdir ki, YAP sadəcə bir siyasi təşkilat kimi deyil, xalqın təkidli tələbi, inamı və imperativ ehtiyacından doğan milli xilas hərəkatı kimi meydana gəlmişdir. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin reallıqdan uzaq siyasəti və zəifliyi fəlakətlərə yol açdığı halda, Ulu Öndər Heydər Əliyevin liderliyi altında təsis edilən bu partiya cəmiyyətə ümid, inam və aydın gələcək xəritəsi bəxş etdi. Həmin qurultayda qəbul olunan nizamnamə müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi üçün strategiyanı müəyyən etdi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Partiyanın proqramında əksini tapmış dövlətçilik, azərbaycançılıq, hüquqi dövlət quruculuğu, sosial ədalət və milli həmrəylik prinsipləri dövlət siyasətinin ana xəttini təşkil etdi. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, nizami ordu quruculuğuna başlanıldı və iqtisadi dirçəlişin əsası qoyuldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və həyata keçirilən köklü islahatlar Azərbaycanın maliyyə müstəqilliyini təmin edərək onu regional liderə çevirdi. Bütün bu uğurların arxasında məhz YAP-ın təsis qurultayından başlayan siyasi iradə və dövlətçilik təfəkkürü dayanırdı.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının məsləhətçisi Nahid Hacıyev, “Əmirzeyidli kənd” Ərazi partiya təşkilatının sədri Həsən Həsənov, Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Faqət Məmmədova, “Birinci Şahsevən kənd” Ərazi partiya təşkilatının sədri Tucar Məmliyeva, “İkinci Şahsevən kənd” Ərazi partiya təşkilatının sədri Ceyhun İbrahimov çıxış edərək bildirdilər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası öz inkişafının yeni, daha dinamik və zəfərlərlə dolu mərhələsinə qədəm qoydu. Ümummilli Liderin müəyyən etdiyi strateji kursu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən dövlət başçısı ölkəmizi hərtərəfli inkişaf yoluna çıxardı. İqtisadi qüdrətin artırılması, müasir infrastrukturun yaradılması, ordu quruculuğunun ən yüksək səviyyəyə çatdırılması Azərbaycanı beynəlxalq aləmdə söz sahibi olan dinamik dövlətə çevirdi. YAP bu prosesdə xalqla dövlət arasında sarsılmaz körpü rolunu oynayaraq cəmiyyətin bütün təbəqələrini ortaq milli məqsədlər ətrafında sıx birləşdirdi.

