Fevralın 15-də “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini Qaya Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasim çərçivəsində Qərbi Azərbaycana qayıdış konsepsiyası, gənclərin beynəlxalq platformalarda təmsilçiliyi və bu istiqamətdə üzərinə düşən vəzifələr ətrafında müzakirələr aparılıb. Gənc səfirlərin Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal iştirakı və bu sahədə təşəbbüskarlığının əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirin sonunda layihəni uğurla başa vuran iştirakçılara diplom və plaketlər təqdim olunub.
Qeyd edək ki, “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (DAYT) təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə həyata keçirilib.

