Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Elmi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə, Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi və “Qarabağ” Gənclər Birliyinin tərəfdaşlığı ilə həyata keçirlilən layihə Gəncədə həyata keçiriləcək. Gəncə ilə yanaşı Göygöl və Goranboyda gənclər arasında “Konstitusiya Kuboku” intellektual yarışması keçiriləcək.
Layihənin əsas məqsədi gənclərin Azərbaycan Respublikasının Konstitusiyası ilə bağlı biliklərini artırmaq, hüquqi maarifləndirməni gücləndirmək və onların intellektual bacarıqlarını üzə çıxarmaqdır.
Yarış 2 turdan ibarət olacaq və iştirakçılar ümumilikdə 24 sualı cavablandıracaqlar. Xallar xüsusi proqram vasitəsilə hesablanacaq.
Seçim mərhələsi Gəncə və Göygöl şəhərlərində keçiriləcək. Hər region üzrə fərqli komandalar mübarizə aparacaq və hər bölgədən bir qalib komanda müəyyən olunacaq.
Region qalibləri yekun mərhələdə Bakı şəhərində keçiriləcək final qarşılaşmasında iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqənin sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək. Yer tutan komandalar xüsusi sertifikatlarla təltif olunacaq, birinci yerin qalibi isə kubokla mükafatlandırılacaq.

