Aprelin 12-də “AI4Culture: Mədəniyyətin Rəqəmsal Transformasiyası” layihəsinin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı və Süni İntellekt Azərbaycan Platformasının tərəfdaşlığı ilə həyata keçirilən layihə uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi gənclərin innovativ potensialından istifadə etməklə süni intellekt texnologiyalarının mədəni irs və kreativ sənaye sahələrinə inteqrasiyasını təşviq etmək, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.
Proqram çərçivəsində iştirakçılar süni intellekt və rəqəmsal texnologiyaların əsasları, bu texnologiyaların mədəniyyət sahəsində tətbiqi və praktiki istifadə imkanları ilə tanış olublar. “Süni intellektlə tanışlıq”, “Prompt mühəndisliyi”, süni intellekt əsaslı video hazırlanması, təsvirlər üzərində 3D modelləşdirmə, virtual turların yaradılması, VR və AR texnologiyalarının tətbiqi, eləcə də sosial media üçün qısa video kontentlərin hazırlanması daxil olmaqla, 15-dən çox təlim və praktiki sessiya təşkil edilib.
Təlimlər zamanı iştirakçılar müxtəlif rəqəmsal alətlərdən istifadə edərək vizual materiallar, video podkastlar və 3D modellər hazırlayıblar. Layihənin nəticəsi olaraq, Azərbaycanın beş mədəniyyət xadiminin həyat və fəaliyyətinə həsr olunmuş süni intellekt əsaslı video monoloqlar ərsəyə gətirilib. Bununla yanaşı, 30 mədəniyyət xadimi haqqında məlumatları əhatə edən virtual muzey platforması yaradılıb.
Aprelin 12-də keçirilən bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub, layihə çərçivəsində hazırlanmış seçilmiş işlər nümayiş etdirilib.
Qeyd edək ki, “AI4Culture: Mədəniyyətin Rəqəmsal Transformasiyası” layihəsi süni intellekt və rəqəmsal texnologiyaların mədəni irsin qorunması, təbliği və müasir üsullarla təqdimatında tətbiqinə, eləcə də gənclərin bu sahədə bilik və bacarıqlarının inkişafına töhfə verib. Layihə təşkilatçıları gələcəkdə də bu istiqamətdə yeni təşəbbüslərin həyata keçir



