15/10/2026

WAY nümayəndəsi TDT ölkələrinin QHT-lərinin II Həmrəylik Forumunda iştirak edib

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) nümayəndəsi, “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsinin koordinatoru Hüseyn Əsgərov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda iştirak edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT QHT Platformasının tərəfdaşlığı ilə baş tutan forumda səkkiz ölkədən — Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bir araya gəliblər.

Forum çərçivəsində iştirakçılar arasında müxtəlif mövzular üzrə fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Hüseyn Əsgərovun forumda iştirakı Dünya Azərbaycanlıları Gənclər Təşkilatının beynəlxalq platformalarda təmsil olunması və müxtəlif ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyır.

Oxşar xəbərlər