19/10/2026

Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq

Ardıcıl dörd qeyri-iş günündə – 7-10 noyabrda sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil olunacaq.

İctimai.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, biletləri ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

Oxşar xəbərlər